Azərbaycan və Pakistan hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrup yaradacaq

Azərbaycan və Pakistan hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrup yaradacaq Pakistanın müdafiə sənayesi naziri Azərbaycanın səfiri ilə görüşüb
Xarici siyasət
9 Sentyabr , 2016 14:13
Azərbaycan və Pakistan hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrup yaradacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin  müdafiə sənayesi naziri Rana Tanvir Hüsseyn ilə görüş keçirib. 

"Report" "Radio Pakistan"a istinadən xəbər verir ki, görüşdə pakistanlı nazir Azərbaycanın silahlı qüvvələrin müasirləşdirilməsi üzrə planlarını tam dəstəklədiklərini bildirib. 

Tərəflər  hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrupun yaradılması haqqında razılığa gəliblər. 

Öz növbəsində, səfir Əli Əlizadə Kəşmirdəki cari vəziyyətlə bağlı narahatlığını bildirib.

Son xəbərlər

Orphus sistemi