Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin artırılması yolları müzakirə olunub

Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin artırılması yolları müzakirə olunub Azərbaycanın Pakistandakı səfiri bu ölkənin ticarət naziri Xurram Dastgir Xan ilə görüşüb
Xarici siyasət
27 İyul , 2016 21:25
Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin artırılması yolları müzakirə olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin ticarət naziri Xurram Dastgir Xan ilə görüşüb.

Səfirlikdən “Report”a verilən məlumata görə, görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif hümanitar və sosial yönümlü layihələr haqqında söhbət açıb. Tərəflər bu cür səmimi münasibətlərin fonunda iqtisadi və ticari əlaqələrin daha da artırılmasının önəmi vurğulayıblar.

Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şəraitdən, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyətindən, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən Əli Əlizadə, bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini bildirib. Pakistanın iqtisadi göstəricilərinin də son illər ərzində artdığını bildirən Əli Əlizadə, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib.

Nazir Xurram Dastgir Xan 2016-cı ilin yanvar ayında Davosda, ozünün də şahidi olduğu Pakistanın baş naziri ilə Azərbaycan prezidenti arasında qardaşlıq şəraitində keçirilən səmimi görüşü xatırlayıb, iki ölkənin rəhbərlərinin bu səviyyədə dostluq və qardaşlıq münasibətlərindən istifadə etmək gərəkdiyini, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd edib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi