Azərbaycan və Makedoniya prezidentləri arasında görüş olub

Azərbaycan və Makedoniya prezidentləri arasında görüş olub Bu səfərin ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib
Xarici siyasət
10 Mart , 2016 17:14
Azərbaycan və Makedoniya prezidentləri arasında görüş olub

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

“Report”un xəbərinə görə, görüşdə Prezident George İvanovun ölkəmizə səfərinin Azərbaycan ilə Makedoniya arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanaraq, IV Qlobal Bakı Forumunun artıq dünya əhəmiyyətli aparıcı tədbirlərdən birinə çevrildiyi məmnunluqla qeyd olunub. Forumun proqramının geniş sahələri əhatə etdiyi, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və dünyanın diqqət mərkəzində olan digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğu bildirilib.

Görüşdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi