Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Kensinqton dairəsi və Çelsinin meri Meyqrid Kondon-Simmonds ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər.
Görüş zamanı yerli özünüidarə sahəsində mümkün əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri üzrə müzakirələr aparılıb.