Azərbaycan və Belarus sənaye kooperasiyası sahəsində birgə əməkdaşlıq layihələrini müzakirə edib
Azərbaycan və Belarus sənaye kooperasiyası sahəsində birgə əməkdaşlıq layihələrini müzakirə edibAzərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçi qəbul edib.
"Report" Belarus Respublikası Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2015-ci ilin martında baş tutan iclasında qəbul olunan qərarların icrası, eləcə də sənaye kooperasiyası sahəsində birgə əməkdaşlıq layihələri ilə bağlı müzakirələr aparıb.