Azərbaycan V Avrasiya Forumunda iştirak edəcək

Azərbaycan V Avrasiya Forumunda iştirak edəcək Forum iştirakçıları Avropadakı geosiyasi prosesləri, qlobal böhranın maliyyə şərtlərini müzakirə edəcəklər
Xarici siyasət
13 Oktyabr , 2016 17:43
Azərbaycan V Avrasiya Forumunda iştirak edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-21-də bir sıra Avrasiya ölkələrinin xarici işlər nazirlərinin müavinləri İtaliyanın Verona şəhərində V Avrasiya Forumunda iştirak edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə məlumat verib.

Onun sözlərinə görə, forumun işində digər ölkələrlə yanaşı, Azərbaycan nümayəndələri də iştirak edəcəklər.

"Avrasiya Forumu 2012-ci ildən bəri hər il keçirilir. İtaliyanın "Avrasiyanı tanıyaq" Assosiasiyası Avrasiya ölkələrinin hökumət nümayəndələri, ekspertləri, sahibkarları arasında gündəliyin ən aktual siyasi və iqtisadi məsələləri üzrə fikir mübadiləsi aparmaq üçün ənənəvi platformadır", - deyə M.Zaxarova bildirib.

Diplomat qeyd edib ki, bu il forum iştirakçılarının müzakirəsinə çıxarılacaq mövzular arasında Avropadakı geosiyasi proseslər, iqtisadiyyat və qlobal böhranın maliyyə şərtləri, 2020-ci ilə qədər energetika bazarının perspektivləri, iqtisadi əməkdaşlığın yeni modeləri və s. olacaq.

Son xəbərlər

Orphus sistemi