​Azərbaycan universitetlərindən 500-ə yaxın efiopiyalı məzun olub

​Azərbaycan universitetlərindən 500-ə yaxın efiopiyalı məzun olub Səfir Elman Abdullayev Efiopiya parlamentinin sədri ilə görüşüb
Xarici siyasət
3 Aprel , 2015 20:54
​Azərbaycan universitetlərindən 500-ə yaxın efiopiyalı məzun olub

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın Efiopiya Federativ Demokratik Repsublikasındakı səfiri Elman Abdullayev bu ölkənin parlamentinin spikeri Abadulla Gemeda ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş əsnasında Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və bunun üçün geniş potensialın movcud olduğu qeyd olunub.

Parlament sədri Efiopiyanın Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə çox maraqlı olduğunu, qarşılıqlı şəkildə parlamentlərarası dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlərin təşkilinə dair Efiopiya tərəfinin hazır olduğunu bildirib.

Elman Abdullayev Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığını, ölkənin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğunu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyini və bu il də ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini qeyd edib. Ölkənin diplomatiyasının coğrafiyasının genişləndiyi və xarici siyasətdə Afrika ölkələri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycanla Efiopiya arasındakı münasibətlərin güclü bazası olduğu və Azərbaycan universitetlərindən 500-ə yaxın efiopiyalının məzun olduğu qeyd edilib.

2013-cü ildə ölkədə səfərdə olduğunu və Azərbaycanın sürətli və hərtərəfli inkişafının ona olduqca yüksək təəssürat bəxş etdiyini qeyd edən Efiopiya parlamentinin sədri Abadulla Gemeda ölkənin nailiyyətlərini yüksək qiymətləndirib. Efiopiya parlamentinin sədri böyük iqtisadi gücə və potensiala malik olan Azərbaycanın işgüzar dairələrini Efiopiyada mövcud olan investisiya layihələrində iştirak etməyə dəvət edib və iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi