Azərbaycan-Türkmənistan birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan-Türkmənistan birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib Arif Əsgərovu Cavid Qurbanov, Qulu Novruzovu Firudin Qurbanov əvəzləyib
Xarici siyasət
15 İyul , 2015 19:37
Azərbaycan-Türkmənistan birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə və “Arif Əsgərov – “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Cavid Qurbanov - “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri ilə əvəz edilib.

Xarici İşlər Nazirliyinə isə bununla bağlı Türkmənistan tərəfinə bildiriş göndərməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi