Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı məlum olub. "Report"a Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş aprelin 5-6-da İranın Rəmsar şəhərində keçiriləcək.
Görüş zamanı üçtərəfli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.