Elmar Məmmədyarov: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir"

Elmar Məmmədyarov: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir" Azərbaycan XİN başçısı pakistanlı həmkarına başsağlığı məktubu göndərib
Xarici siyasət
9 Avqust , 2016 14:46
Elmar Məmmədyarov: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxanada törədilmiş terror aktı ilə əlaqədar pakistanlı həmkarı Sərtac Əzizə başsağlığı məktubu ünvanlayıb. 

Nazirlikdən "Report"a verilən məlumatına görə, məktubda çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirildiyi bildirilib və terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi qeyd edilib.

Elmar Məmmədyarov məktubunda bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verib və yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi