Bakı. 5 May. REPORT.AZ/ Azərbaycanın Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Lüksemburq parlamentinin sədri Mars Di Bartolomeo ilə görüşüb.
"Report" xəbər verir ki, səfir F.İsgəndərov Azərbaycanın Lüksemburqla hərtərəfli münasibətlərin intensivləşməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərə təkan verəcəyinə əminlik bildirib.
M.Di Bartolomeo ölkədə və regionda baş verən hadisələri yaxından izlədiyini və mövcud potensialı nəzərə alaraq, Lüksemburq Hersoqluğu ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilə biləcəyinə əminliyini vurğulayıb.
Səfir Lüksemburq parlamentinin sədrinin Azərbaycanda və regionda baş verən proseslərlə bağlı suallarına cavab olaraq, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən Ermənistan-Azərbaycan
Tərəflər Azərbaycanla Lüksemburq arasında Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı, eyni zamanda, ATƏT çərçivəsində mövcud əməkdaşlıq əlaqələri, ölkədə aparılan iqtisadi və siyasi islahatlar barədə ətraflı fikir mübadiləsi də aparıblar.