Azərbaycan səfiri etimadnaməsinin surətini BƏƏ XİN başçısının birinci müavininə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini BƏƏ XİN başçısının birinci müavininə təqdim edib Görüşdə BƏƏ-nin Azərbaycanı Dağlıq Qarabağa münaqişəsi məsələsində dəstəklədiyi vurğulanıb
Xarici siyasət
21 Yanvar , 2016 19:55
Azərbaycan səfiri etimadnaməsinin surətini BƏƏ XİN başçısının birinci müavininə təqdim edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə yeni təyin olunmuş səfiri Daşqın Şikarov etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah ər-Rəisiyə təqdim edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, dost və qardaş BƏƏ-yə səfir vəzifəsinə təyin olunmasından məmnunluğunu bildirən D.Şikarov Azərbaycanı və Birləşmiş Ərəb Əmirliklərini bağlayan dostluq və əməkdaşlıq əlaqələrinin daha yeni müstəviyə çıxarmaq istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.

D.Şikarov BƏƏ-nin vitse-prezidenti, baş naziri, Dubay əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid əl-Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfərini xatırladaraq, bu səfərin xüsusən də AR-BƏƏ siyasi əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli olduğunu xüsusilə qeyd edib.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin qardaş BƏƏ-yə rəsmi səfərinin gözlənildiyini yada salaraq, səfir dövlət başçısının qardaş ölkəyə səfərinin uğurla keçəcəyinə böyük ümid bəslədiyini bildirib, səfərin təşkilində göstərilən dəstəyə görə ər-Rəisiyə təşəkkür edib.

Azərbaycan səfirini təyinatı münasibətilə təbrik edən nazirin birinci müavini ona yeni vəzifəsində müvəffəqiyyətlər diləyib və vəzifə səlahiyyətləri daxilində istənilən məsələdə yardım etməyə hazır olduğunu diqqətinə çatdırıb.

Eynu zamanda, nazirin birinci müavini ilə görüşün ardınca BƏƏ xarici işlər nazirinin protokol məsələləri üzrə müavini Şihəb əl-Fəhim ilə görüş baş tutub. O, səfir D.Şikarovu təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar diləyib və fəaliyyətinin uğurlu olması üçün lazımi dəstək verməyə hazır olduğunu diqqətinə çatdırıb.

Hər iki görüşdə müqabil tərəfə torpağlarımızın Ermənistan tərəfindən işğalı, Xocalı soyqırım və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar haqqında dolğun məlumat verilib, münaqişə ilə bağlı BƏƏ-nin dəyişməz mövqeyinin Azərbaycanda yüksək dəyərləndirildiyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi