Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşünün gündəliyi açıqlanıb

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşünün gündəliyi açıqlanıb Görüşün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub
Xarici siyasət
28 Mart , 2016 11:48
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşünün gündəliyi açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub. Hal-hazırda diplomatik kanallar vasitəsilə görüşün keçirilməsi tarixləri müəyyənləşdirilir. Bu barədə "Report"a Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir", - Haciyev bldirib.

Son xəbərlər

Orphus sistemi