Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Riqa sammitinin yekun qətnaməsini imzalamadığından sənəd hələ qəbul edilməyib.
"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç bildirib.
Onun sözlərinə görə, qətnamə ya bu gün bir az gec, ya da artıq başqa sammitdə imzalanacaq.
Avroparlamentin başçısı Martin Şults məsələni şərh edərək məlumatı təsdiqləyib: "Danışıqlar ərzində Azərbaycan təmsilçiləri qətnamənin bu şəkildə qəbul olunmasına, o cümlədən sənədə yalnız Krımın ilhaqı məsələsinin salınması ilə razılaşmayıblar".
Mütəxəssislər Azərbaycan nümayəndə heyətinin etirazına münasibət bildirərkən bunun işğal altında olan