​Azərbaycan, Qazaxıstan və Rusiya Şimali Xəzərdə dənizin dibinin bölüşdürülməsinə dair razılıq əldə edib

​Azərbaycan, Qazaxıstan və Rusiya Şimali Xəzərdə dənizin dibinin bölüşdürülməsinə dair razılıq əldə edib Bratçikov: "Əslində, işlərin yarısı artıq görülüb"
Xarici siyasət
11 May , 2016 23:14
​Azərbaycan, Qazaxıstan və Rusiya Şimali Xəzərdə dənizin dibinin bölüşdürülməsinə dair razılıq əldə edib

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Caspian Energy" jurnalına müsahibəsində Rusiya prezidentinin Federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov məlumat verib.

Müsahibə zamanı Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan Bratçikov Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyanatını xatırladıb. O bildirib ki, altında Rusiya prezidentinin imzası olan bəyanatda "Xəzər dənizinin dibinin və təkinin bölünməsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsipləri əsasında tərəflərin razılığı ilə aparılmalı" olduğu qeyd olunur.

"Əslində, işlərin yarısı artıq görülüb: Azərbaycan, Qazaxıstan və Rusiya arasında Şimali Xəzərdə dənizin dibindən istifadə zonalarının bölüşdürülməsi həyata keçirilib, həmçinin Qazaxıstan və Türkmənistanın dib sektorları arasında sərhədlər müəyyənləşdirilib", - deyə diplomat diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi