​Azərbaycan prezidentinin yaxın vaxtlarda Gürcüstana səfəri gözlənilir

​Azərbaycan prezidentinin yaxın vaxtlarda Gürcüstana səfəri gözlənilir Kvirikaşvili: "Biz cənab Əliyevin yaxın vaxtlarda Gürcüstana səfəri barədə razılığa gəldik"
Xarici siyasət
23 Yanvar , 2016 00:50
​Azərbaycan prezidentinin yaxın vaxtlarda Gürcüstana səfəri gözlənilir

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ötən gün Davosda Azərbaycan lideri ilə görüşən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib.

O jurnalistlərə müsahibəsində qeyd edib ki, İlham Əliyevlə görüş zamanı qaz tədarükü barədə söhbət olub. Bununla yanaşı baş nazir bildirib ki, bu sırf texniki xarakterli məsələdir. Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında tamamilə heç bir fikir ayrılığı yoxdur.

O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək.

"Biz razılığa gəldik ki, cənab Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək və bizim olduqca yaxşı münasibətlərimiz var", - deyə baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi