​Azərbaycan prezidentinin Almaniyanın xarici işlər naziri ilə görüşü olub

​Azərbaycan prezidentinin Almaniyanın xarici işlər naziri ilə görüşü olub İki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti müzakirə olunub
Xarici siyasət
20 Yanvar , 2015 23:22
​Azərbaycan prezidentinin Almaniyanın xarici işlər naziri ilə görüşü olub

Bakı. 20 yanvar. REPORT.AZ/ Berlində prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer ilə görüşü olub.

"Report" xəbər verir ki, nazir Frank-Valter Ştanmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırladıb, həmin səfərin məhsuldar olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi