Azərbaycan Prezidentinə Beynəlxalq Olimpiya Komitəsinin medalı təqdim olunub

Azərbaycan Prezidentinə Beynəlxalq Olimpiya Komitəsinin medalı təqdim olunub ​Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya və Avropa Olimpiya komitələrinin prezidentlərini qəbul edib
Xarici siyasət
20 Noyabr , 2014 16:30
Azərbaycan Prezidentinə Beynəlxalq Olimpiya Komitəsinin medalı təqdim olunub

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. “Report”un məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyərək, əldə olunan uğurlar münasibətilə dövlət başçısını təbrik edib.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlət başçısı Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu deyib. 

Prezident İlham Əliyev qonaqların Azərbaycanla yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirib. 

Bir sıra beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlət başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, ölkənin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olunub.

Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını Prezident İlham Əliyevə təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.

Son xəbərlər

Orphus sistemi