​Azərbaycan Prezidenti Yunanıstanın Baş naziri və İtaliya Prezidentinə təbrik məktubu göndərib

​Azərbaycan Prezidenti Yunanıstanın Baş naziri və İtaliya Prezidentinə təbrik məktubu göndərib "Sizi ürəkdən təbrik edirəm"
Xarici siyasət
2 Fevral , 2015 19:54
​Azərbaycan Prezidenti Yunanıstanın Baş naziri və İtaliya Prezidentinə təbrik məktubu göndərib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Baş naziri Aleksis Tsiprasa təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilən parlament seçkilərində qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Yunanıstan əlaqələrinin genişlənməsi, xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Bundan əlavə, dövlət başçısı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

İtaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli mədəni əlaqələrimiz Azərbaycan-Italiya münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi