Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna təbrik məktubu göndərib "Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və firavanlıq arzulayıram"
Xarici siyasət
22 Dekabr , 2014 19:14
Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna təbrik məktubu göndərib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, məktubda deyilir: 

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi