Azərbaycan Prezidenti və Qətər əmirinin təkbətək görüşü olub

Azərbaycan Prezidenti və Qətər əmirinin təkbətək görüşü olub Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
8 Mart , 2016 12:49
Azərbaycan Prezidenti və Qətər əmirinin təkbətək görüşü olub

Bakı. 8 mart. REPORT.AZ/ Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, görüşdə ölkələr arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Bu səfərin münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi