Azərbaycan Prezidenti və Birləşmiş Ərəb Əmirlikləri vəliəhdinin geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti və Birləşmiş Ərəb Əmirlikləri vəliəhdinin geniş tərkibdə görüşü olub İlham Əliyev Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib
Xarici siyasət
1 Fevral , 2016 14:57
Azərbaycan Prezidenti və Birləşmiş Ərəb Əmirlikləri vəliəhdinin geniş tərkibdə görüşü olub

Bakı. 1 fevral REPORT.AZ/ Fevralın 1-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

"Report" xəbər verir ki, görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təqdim olunub.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvətə görə Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana minnətdarlığını bildirib.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Dövlət başçısı məlumat verib ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğalı olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. 

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd edib.

Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib, iki ölkənin əməkdaşlığının bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi