Azərbaycan Prezidenti Türkiyəyə rəsmi səfərə gedib

Azərbaycan Prezidenti Türkiyəyə rəsmi səfərə gedib Görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək
Xarici siyasət
14 Yanvar , 2015 17:54
Azərbaycan Prezidenti Türkiyəyə rəsmi səfərə gedib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Ankaranın Esenboğa beynəlxalq hava limanında Azərbaycan dövlət başçısını Türkiyənin hökumət rəsmiləri qarşılayıb.

Sabah Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Ankarada IV Türkiyə-Azərbaycan Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasında iştirak edəcək.

Bundan başqa, Prezident İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək.

Görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi