​Azərbaycan Prezidenti Türkiyənin baş naziri ilə görüşüb

​Azərbaycan Prezidenti Türkiyənin baş naziri ilə görüşüb Davudoğlu: “Türkiyə bütün hallarda Azərbaycanın yanındadır”
Xarici siyasət
14 Aprel , 2016 15:55
​Azərbaycan Prezidenti Türkiyənin baş naziri ilə görüşüb

Davudoğlu: “Türkiyə bütün hallarda Azərbaycanın yanındadır”

Bakı. 14 aprel. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, görüşdə İlham Əliyev deyib ki, zirvə toplantısında iştirakçıların sayının çox olması Türkiyənin dünyadakı yeri və təsirinin yüksək olduğunu göstərir.

Əhməd Davudoğlu son günlər Dağlıq Qarabağda təmas xəttində şəhid olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib: "Türkiyə bütün hallarda Azərbaycanın yanındadır".

Azərbaycan Prezidenti İlham Əliyev dəstəyinə görə Türkiyəyə təşəkkürünü bildirib. 

Son xəbərlər

Orphus sistemi