Azərbaycan Prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndərib "Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm"
Xarici siyasət
12 Yanvar , 2015 18:37
Azərbaycan Prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndərib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi