​Azərbaycan Prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

​Azərbaycan Prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
18 Dekabr , 2014 15:28
​Azərbaycan Prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib. “Report”un xəbərinə görə, Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının 25 illik yubiley konfransında iştirak etmək üçün ölkəyə səfərindən məmnun olduğunu bildirib. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkədə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nəailiyyətlərdən danışıb.

Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi