Azərbaycan Prezidenti Sloveniya və Xorvatiyanın dövlət başçılarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Sloveniya və Xorvatiyanın dövlət başçılarına təbrik məktubu göndərib "Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"
Xarici siyasət
24 İyun , 2015 18:41
Azərbaycan Prezidenti Sloveniya və Xorvatiyanın dövlət başçılarına təbrik məktubu göndərib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Dövlət başçısı İlham Əliyev həmçinin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə də təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Xorvatiya dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi