Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik edib

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik edib "Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək"
Xarici siyasət
22 Sentyabr , 2016 18:12
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Əlahəzrət, Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və rifah diləyirəm".

Dövlət başçısı həmçinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudu da təbrik edib. Təbrikdə deyilir: 

"Əlahəzrət, Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi