​Azərbaycan Prezidenti Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

​Azərbaycan Prezidenti Rusiya Hökuməti sədrinin müavinini qəbul edib Ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub
Xarici siyasət
10 Fevral , 2015 13:26
​Azərbaycan Prezidenti Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib. 

“Report” xəbər verir ki, Arkadi Dvorkoviç Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi