Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın dövlət başçısı Klaus İohannisə başsağlığı verib.
"Report" xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".