Azərbaycan Prezidenti Roma Papası Fransiskə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Roma Papası Fransiskə təbrik məktubu göndərib "Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram"
Xarici siyasət
18 Mart , 2015 19:07
Azərbaycan Prezidenti Roma Papası Fransiskə təbrik məktubu göndərib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransisk həzrətlərinə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:

"Zati-müqəddəsləri,

Tacqoyma gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Vatikan arasında tolerantlığın, multikulturalizmin, ümumbəşəri dəyərlərin təntənəsi naminə müvəffəqiyyətlə davam edən əməkdaşlıq bundan sonra da Yer üzündə sülhə və əmin-amanlığa, insanlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə xidmət edəcəkdir.

Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, müqəddəs missiyanızda uğurlar, məsləkdaşlarınıza xoşbəxtlik və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi