Azərbaycan Prezidenti Qətər əmirini təbrik edib

Azərbaycan Prezidenti Qətər əmirini təbrik edib "Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək"
Xarici siyasət
17 Dekabr , 2015 18:19
Azərbaycan Prezidenti Qətər əmirini təbrik edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Qətər Dövlətinin Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi