Azərbaycan Prezidenti: "Neft hasilatı üzrə razılaşmalara nəzarət mexanizmi lazımdır"

Azərbaycan Prezidenti: "Neft hasilatı üzrə razılaşmalara nəzarət mexanizmi lazımdır" "Bütün tərəflərin maksimal dərəcədə səmimi, dürüst və qəbul edilmiş qərarların icrasına nəzarət mexanizminin olması vacibdir"
Xarici siyasət
18 Oktyabr , 2016 12:22
Azərbaycan Prezidenti: Neft hasilatı üzrə razılaşmalara nəzarət mexanizmi lazımdır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı OPEC və digər neft hasil edən ölkələr arasında neft hasilatı üzrə razılaşmalara nəzarət mexanizminin yaradılmasının tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində bildirib.

"Neft bazarının sabitləşməsində əsas amil OPEC və quruma üzv olmayan digər iri neft istehsalçısı ölkələr arasında vahid siyasət haqqında razılaşma olub. Hadisələrin inkişafını gördüyümüzdən, artıq buna çox yaxınlaşdığımızı deyə bilərəm. Fikrimcə, bu, baş verəcək", - deyə İlham Əliyev "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Eyni zamanda, dövlət başçısı bütün tərəflərin maksimal dərəcədə səmimi, dürüst və qəbul edilmiş qərarların icrasına nəzarət mexanizminin olmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi