Azərbaycan Prezidenti Misirə rəsmi səfərə gedəcək

Azərbaycan Prezidenti Misirə rəsmi səfərə gedəcək Nazir: "Azərbaycan və Misir arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx dostluq əlaqələri mövcuddur"
Xarici siyasət
29 Mart , 2016 12:54
Azərbaycan Prezidenti Misirə rəsmi səfərə gedəcək

Qahirə. 29 mart. REPORT.AZ/ Yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Misirin ali təhsil naziri Əşrəf Əş-Şiha bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, İ.Əliyevin səfəri Misir prezidenti Əbdül Fəttah əs-Sisinin dəvəti ilə baş tutacaq. 

"Səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq", - nazir qeyd edib. 

O vurğulayıb ki, Azərbaycan və Misir arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx dostluq əlaqələri mövcuddur. 

Son xəbərlər

Orphus sistemi