Azərbaycan Prezidenti Meksikanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Meksikanın dövlət başçısını təbrik edib "Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm"
Xarici siyasət
15 Sentyabr , 2015 18:41
Azərbaycan Prezidenti Meksikanın dövlət başçısını təbrik edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi