Azərbaycan Prezidenti meksikalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti meksikalı həmkarını təbrik edib "Azərbaycan ilə Meksika arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək"
Xarici siyasət
15 Sentyabr , 2016 18:03
Azərbaycan Prezidenti meksikalı həmkarını təbrik edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi