Azərbaycan Prezidenti Maroş Şefçoviç, Berat Albayrak və Kaxa Kaladzeni qəbul edib

Azərbaycan Prezidenti Maroş Şefçoviç, Berat Albayrak və Kaxa Kaladzeni qəbul edib “Cənub qaz dəhlizi” layihəsinin icrasının hazırkı durumu və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
29 Fevral , 2016 14:01
Azərbaycan Prezidenti Maroş Şefçoviç, Berat Albayrak və Kaxa Kaladzeni qəbul edib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçi qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının böyük əhəmiyyətə malik olduğu qeyd edilib və Maroş Şefçoviçin bu tədbirdə iştirakı məmnunluqla vurğulanıb.

Söhbət zamanı “Cənub qaz dəhlizi” layihəsinin icrasının hazırkı durumu və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev fevralın 29-da Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı da qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub” qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirilib. Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olunub. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi