Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib

Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib Məktublarda hər iki ölkənin Müstəqillik günü münasibətilə göndərilib
Xarici siyasət
25 İyul , 2016 18:39
Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram".

Dövlət başçısı həmçinin Liberiya Respublikasının prezidenti xanım Ellen Conson-Serlifə də təbrik məktubu göndərib: 

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Son xəbərlər

Orphus sistemi