Azərbaycan Prezidenti Malayziyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Malayziyanın dövlət başçısını təbrik edib "Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək"
Xarici siyasət
29 Avqust , 2015 15:08
Azərbaycan Prezidenti Malayziyanın dövlət başçısını təbrik edib

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi