​Azərbaycan prezidenti Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib

​Azərbaycan prezidenti Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib Turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olunub
Xarici siyasət
3 Noyabr , 2014 15:00
​Azərbaycan prezidenti Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edilib.

İkitərəfli əlaqələrin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olunub.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi