Azərbaycan Prezidenti Lüksemburqun böyük hersoqunu təbrik edib

Azərbaycan Prezidenti Lüksemburqun böyük hersoqunu təbrik edib "Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"
Xarici siyasət
22 İyun , 2016 19:05
Azərbaycan Prezidenti Lüksemburqun böyük hersoqunu təbrik edib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun böyük hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi