Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kot-d’İvuar Respublikasının Prezidenti Alassane Uattaraya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Kot-d’İvuar Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".