​Azərbaycan prezidenti Keniya xalqını təbrik edib

​Azərbaycan prezidenti Keniya xalqını təbrik edib İlham Əliyev dost Keniya xalqına sülh və tərəqqi arzulayıb
Xarici siyasət
13 Dekabr , 2015 12:39
​Azərbaycan prezidenti Keniya xalqını təbrik edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Keniya xalqını Müstəqillik günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, prezident bu məqsədlə keniyalı həmkarı Uhuru Kenyattaya təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram", - deyə məktubda bildirilir.

Son xəbərlər

Orphus sistemi