Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Kamerun Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına sülh və tərəqqi arzulayıram".