Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib

Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib Prezident İlham Əliyev Kambocanın Kralına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
8 Noyabr , 2014 22:03
Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıram”.

Son xəbərlər

Orphus sistemi