​Azərbaycan Prezidenti iki ölkənin dövlət başçısı ilə görüşüb

​Azərbaycan Prezidenti iki ölkənin dövlət başçısı ilə görüşüb Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
28 Aprel , 2015 16:25
​Azərbaycan Prezidenti iki ölkənin dövlət başçısı ilə görüşüb

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb. 

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğulayıb.

İki ölkə arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən Prezident İlham Əliyev Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırladıb.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərdiyini deyib. Rosen Plevneliyev Bolqarıstan ilə Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Makedoniya Respublikasının Prezidenti George İvanov ilə də görüşüb.

Dövlət başçısı Makedoniya Respublikasının Prezidenti George İvanov ilə əvvəlki görüşlərini məmnunluqla xatırladıb.

İki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi sahədə də genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Makedoniya Prezidenti George İvanov Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibətilə dövlət başçısını təbrik edib və Azərbaycanın inkişafı ilə bağlı xoş arzularını söyləyib. George İvanov birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirib.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, əməkdaşlığın enerji, sərmayə qoyuluşu, birgə layihələrin icrası, təhsil və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi