​Azərbaycan Prezidenti İtaliyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

​Azərbaycan Prezidenti İtaliyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Dövlət başçısı “Cənub” qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini vurğulayıb
Xarici siyasət
15 Aprel , 2015 14:02
​Azərbaycan Prezidenti İtaliyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, nazir Federika Quidi İtaliya Prezidenti Sergio Mattarellanın və baş nazir Matteo Renzinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Federika Quidi ölkəyə səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib. Əlaqələrin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlət başçısına məlumat verib.

Dövlət başçısı Romada İtaliyanın baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın önəmini vurğulayıb. Dövlət başçısı “Cənub” qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Azərbaycana səfərinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Sergio Mattarellanın və baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi