Azərbaycan Prezidenti İordaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İordaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib Nassar Al-Habaşneh İordaniya Kralı II Abdullahın salamlarını dövlət başçısına çatdırıb
Xarici siyasət
19 Noyabr , 2014 13:49
Azərbaycan Prezidenti İordaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da İordaniya Haşimilər Krallığının ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib.

“Report”un xəbərinə görə, səfir Nassar Al-Habaşneh etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Nassar Al-Habaşneh İordaniya Kralı II Abdullahın salamlarını dövlət başçısına çatdırıb. O, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında mövcud olan dostluq münasibətlərinin önəmini vurğulayıb. İordaniyalı diplomat iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

İordaniya Kralı ilə yaxşı dostluq münasibətlərinin olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq sammitlərdə, konfranslarda görüşlərini məmnunluqla xatırlayıb. Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı iki ölkənin BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Son xəbərlər

Orphus sistemi