Azərbaycan Prezidenti İndoneziyanın energetika və mineral ehtiyatlar nazirini qəbul edib

Azərbaycan Prezidenti İndoneziyanın energetika və mineral ehtiyatlar nazirini qəbul edib İki ölkə arasında ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğu vurğulanıb
Xarici siyasət
5 İyun , 2015 14:19
Azərbaycan Prezidenti İndoneziyanın energetika və mineral ehtiyatlar nazirini qəbul edib

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report" xəbər verir ki, Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini qeyd edib. 

Neft sektorunda əməkdaşlığı və eləcə də Azərbaycanla İndoneziya arasında böyük ticarət dövriyyəsinin mövcudluğunu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Nazir Sudirman Said İndoneziya Prezidenti Coko Vidodonun salamlarını dövlət başçısı İlham Əliyevə çatdırıb.

Görüşdə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.

Dövlət başçısı İlham Əliyev Prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi