Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb Görüşdə Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
6 İyun , 2016 22:32
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirilib.

Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulanıb. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi